Zelenski Qərbə xəbərdarlıq etdi:

“Rusiya prezidenti Vladimir Putin, Qərbin ona verə biləcəyi hər şeyi istəyir, onun iştahı durmadan artır”.

Metbuat.az xəbər verir ki, bunu Amerikanın “FoxNews” telekanalına müsahibəsində Ukrayna prezidenti Vladimir Zelenski deyib.

Zelenski Qərbə xəbərdarlıq edib ki, Putin Ukraynadan kənarda Avropada aqressiyasını davam etdirəcək və indi dayandırılmasa istədiyini alacaq.

“Bunu hamı bilsin, bizi küncə sıxışdırsalar, Ukrayna hərbçiləri bütün gücü ilə cavab verəcəklər”. Müsahibə zamanı Ukrayna prezidenti əminliklə ifadə edib ki, Rusiya ilə müharibədə Ukrayna üçün yalnız qələbə məqbuldur, lakin Kiyev sülh naminə işğalçıya ərazi güzəştinə getməyəcək .


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR