Ukraynada daha bir rus komandiri öldürüldü -

Ukraynada Rusiya Federasiyasının motoatıcı batalyonunun daha bir komandiri öldürülüb.

Metbuat.az xəbər verir ki, öldürülən mayorun şəkli Ukrayna KİV-lərində dərc olunub. Bəlli olub ki, bu şəxs 34 yaşlı mayor Ruslan Petruxindir. Yayılan məlumatlara görə, Petruxin Özbəkistandandır və Rusiya Federasiyasının Orenburq vilayətinin Alekseyevski rayonunun Çkalovski kəndində yaşayırmış. Bu arada Rusiya tərəfi komandirin ölümünü qəhrəmanlıq nümunəsi kimi təqdim ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR