Aziza Tokaşova "Global Woman Awards - 2022" mərasimində mükafatlandırıldı -

"Miss Almatı - 2021" müsabiqəsinin qalibi Aziza Tokaşova "Reputation İnc." PR və Event şirkətinin təşkilatçılığı ilə ölkəmizdə baş tutan "Global Woman Awards - 2022" tədbirində "The Celebrity Influencer" nominasiyasına layiq görülüb.

O, 2021-ci ilin dekabrında İsraildə baş tutan “Kainat gözəli” müsabiqəsində Qazaxıstanı uğurla təmsil edib.

"Kainat gözəli" müsabiqəsində iştirak etdikdən sonra bir çok reklam və əməkdaşlıq təklifləri aldım. Daha sonra beynəlxalq mükafata görə Bakıya dəvət edildim. Tədbirdə dünyanın bir çox ölkələrindən 100-ə yaxın uğurlu iş xanımları iştirak edirdi. Qazaxıstanı təmsil edən yeganə namizəd idim. Bu mənim üçün çox qürurlu hissdir", - deyə, Tokaşova təəssüratlarını bölüşüb.

Qeyd edək ki, Aziza Tokaşova aktiv olaraq xeyriyyə tədbirlərində iştirak edir. Həmçinin onun "Womens club by Aziza Habibi" adı altında fəaliyyət göstərən qadın klubu da mövcuddur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR