Bakıda köşk yanıb

Bakıda köşk yanıb.

Bu barədə Metbuat.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Binəqədi rayonunda ümumi sahəsi 64 m² olan istifadəyə yararsız vaqon tipli köşkün yanar konstruksiyaları və bitişik ümumi sahəsi 540 m² olan birmərtəbəli mebel sexinin taxtadan ibarət 1 ədəd pəncərə çərçivəsi yanıb. Sexin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR