İmran Xan

Pakistanın Baş naziri İmran Xan istefa verib.

Metbuat.az xəbər verir ki, bu barədə Pakistan hökuməti məlumat yayıb.

“Pakistan Konstitusiyasının 48-ci maddəsinin 1-ci bəndi ilə 58-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq Pakistan Prezidenti tərəfindən Milli Assambleyanın buraxılması nəticəsində İmran Xan Pakistanın Baş naziri vəzifəsini tutmağı dayandırıb”, - Nazirlər Kabinetinin məlumatında vurğulanıb.

Pakistan prezidenti Arif Alvi də tviter hesabında təsdiqləyib ki, Xan yeni Baş nazir təyin olunanadək vəzifəsini icra edəcək.

Bildirilib ki, Pakistanda yeni seçkilər 90 gün sonra keçiriləcək.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR