Güclü külək nə vaxt səngiyəcək? -

“Bu gün səhər saatlarından ölkə ərazisində başlayan güclü şimal-qərb küləyi gün ərzində davam edəcək”.

Metbuata.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O bildirib ki, sabah səhər saatlarından başlayaraq küləyin gücü tədricən mülayimləşəcək:

“Gündüz saatlarında mülayim cənub küləyinin əsəcəyi gözlənilir”.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 18-23 m/s, arabir 27-32 m/s, günün birinci yarısında bəzi ərazilərdə arabir 35-38 m/s-dək güclənəcəyi, rayonlarında isə şimal-qərb küləyinin 15-20 m/s, arabir 25-30 m/s, bəzi Kür vadisi rayonlarında arabir 35-38 m/s-dək güclənəcəyi gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR