Bakıda yaşayış binası yanıb - VİDEO / YENİLƏNİB

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Bu barədə Metbuat.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Xətai rayonu, Xətai prospekti 38 ünvanında çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 60 m² olan 2 otaqlı mənzilin 1 otağında ev əşyaları yanıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Mənzil yanğından mühafizə olunub.


12:46

Bakıda yaşayış binasında yanğın başlayıb.

Metbuat.az Oxu.Az-a istinadən xəbər verir ki, yanğın paytaxtın Xətai prospektində yerləşən binalardan birində qeydə alınıb.

Yanğının görüntülərini təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR