Yüzlərlə sakininin qətlə yetirildiyi Buça şəhəri -

Ukraynanın yüzlərlə dinc sakininin qətlə yetirildiyi Buça şəhərinin fotoları yayılıb.

Metbuat.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, görüntülərdə şəhərdə kütləvi dağıntılar var. Şəhərin küçələri yanmış avtomobillərlə yanaşı, insan meyitləri ilə doludur, yerli hakimiyyət orqanlarının məlumatına görə həlak olanlardan bəzilərinin 14 yaşı var.

Qeyd edilir ki, müharibə zamanı Rusiya hərbi qüvvələrinin Belarusdan Kiyevə qədər irəliləməsinə mane olan sakit Buça şəhəri kütləvi atəşə və yerli əhaliyə qarşı qəddar rəftara məruz qalıb. Şəhərdə silahlı toqquşmalar bir aydan çox davam edib. Martın sonunda Buça Ukraynanın qəhrəman şəhəri adına layiq görülüb. Şəhər dünəndən etibarən şəhər Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır.

A dog lays next to the body of a civilian, who according to residents was killed by Russian soldiers, in Bucha




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR