Azərbaycan cüdoçuları Türkiyədə təlim-məşq toplanışına başlayıb

Azərbaycanın böyüklərdən və gənclərdən ibarət cüdoçuları Türkiyənin Antalya şəhərində beynəlxalq təlim-məşq toplanışına qatılıblar.

Federasiyanın Mətbuat Xidmətindən verilən məlumata görə, aprelin 10-dək davam edəcək hazırlıq prosesinə Antalyadakı Böyük Dəbilqədə iştirak edən idmançılarla yanaşı yığmanın digər üzvləri də qoşulub.

Ümumilikdə toplanışda 34 qadın, 54 kişi idmançı iştirak edəcək.

Qeyd edək ki, Azərbaycan millisi Böyük Dəbilqəni bir medalla başa vurub. Kişilərin mübarizəsində Elmar Qasımov (100 kq) bürünc medala sahib çıxıb. Komanda 29 aprel - 1 mayda Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa çempionatında çıxış edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR