Rusiyanın məhkəməsiz edam planı: Kəşfiyyat xəbərdar imiş

“Rusiyanın Ukraynanı işğal planına məhkəməsiz edamlar da daxildir”.

Metbuat.az xəbər verir ki, Böyük Britaniya kəşfiyyatının rəhbəri Riçard Mur Rusiya ordusunun çəkildiyi ərazilərdə mülki vətəndaşların cəsədlərinin üzə çıxmasına münasibət bildirərkən belə deyib. O deyib: “Biz bilirdik ki, Putinin işğal planlarına onun hərbi və kəşfiyyat xidmətləri tərəfindən məhkəməsiz edamlar da daxildir”.

Qeyd edək ki, Rusiya ordusunun çəkildiyi Kiyev vilayətinin Buça şəhərində yüzlərlə insanın işgəncə ilə öldürüldüyü irəli sürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR