Partlayışdan sonra Aysel buna görə içəri girib və orada... -

"Əsas əli və ayaqları yanıb. Min şükür, bu günə şükür, başqa cür də ola bilərdi. Ölə, əlini, ayağını itirə də bilərdi. Belə yaxşı qurtardı".

Metbuat.az axsam.az-a istinadən xəbər verir ki, bu sözləri bloger Aysel Şükürovanın keçmiş həyat yoldaşı Oqtay Əhmədov sosial şəbəkədə canlı yayımda deyib. Oqtay "Location" gecə klubunda olan partlayışda xəsarət alan Ayselin səhhətindən danışıb.

O bildirib ki, blogerin çox xəsarət almasına səbəb onun partlayışdan sonra yenidən içəri girərək model Təranə Rzayevanı (Merlin) axtarması olub:

"Partlayışdan sonra hamı çöldə olub. Merlin içəridə daş altında qalıb, Aysel girib onu axtarıb. Orada qaz, qoxu ciyərlərinə gedib".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR