"Putin məhkəmə qarşısına çıxarılmalıdır": Buça qətliamı dünyada rezonans yaradıb

ABŞ prezidenti Co Bayden növbəti dəfə rusiyalı həmkarı Vladimir Putinin ünvanına sərt ifadələr səsləndirib.

Metbuat.az xəbər verir ki, onun sözlərinə görə, Ukraynada baş verən qətliamlara görə Putin məsuliyyət daşıyır. Bayden bildirib ki, mülki vətəndaşların işgəncə ilə öldürülməsinə görə, Putin məhkəmə qarşısında cavab verməlidir.

“O, müharibə cinayətkarıdır. Buçada olanları gördünüz” - deyə Bayden bildirib.

Qeyd edək ki, Buçadakı dinc insanların qətlə yetirilməsi ilə bağlı görüntülər dünya miqyasında böyük rezonans yaradıb.Rusiya tərəfi yayılan videoların saxta olduğunu irəli sürüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR