Kadırovçular Ukraynada savaşır yoxsa “like” toplayır? - VİDEO

"Çeçenistanın Ukraynada döyüşən "Tiktok" döyüşçüləri şəhərin kənarına sanki onlar nəzarət edirmiş kimi bir neçə video çəkiblər".

Metbuat.az xəbər verir ki, bu fikirləri "Slidstvo.İnfo" yazaraq qeyd edir ki, bir neçə həftədir ki, Çeçenistan lideri Ramzan Kadırova tabe olan silahlılar rus ordusunun mühasirəsində olan Mariupoldan videogörüntülər dərc edirlər.

"Kadyrovtsy" Mariupol yaxınlığında videolar çəkir / ekran görüntüsü

Bildirilir ki, jurnalistlər çeçenlərin videogörüntülərin çəkildiyi yerləri tapıblar. Xüsusilə, Kadırovun Mariupolun tutulması ilə öyündüyü iddia edilən videolardan birinin şəhərin kənarında - Rusiya sərhədinə daha yaxın olan Levoberejnı rayonunda lentə alınıb. Məlum olub ki, kadırovçular boş yaşayış binasına atəş açaraq həmin anları videoya çəkiblər. Maraqlıdır ki, kadırovçular martın 24-də Kadırov Levoberejnının təmizlənməsinin başa çatdığını elan etsə də, martın 28-də və 29-da dalbadal oradan videolar yayımlayıblar.

"Levoberejninin təmizlənməsi" ilə bağlı bəyanatlar təsadüfən Kadırovun özü tərəfindən təkzib edildi / ekran görüntüsü

Görüntülər sosial şəbəkədə yayılandan sonra da izləyicilər yayılan kadrların saxta olduğu fərqinə tez varıblar. Xatırladaq ki, bir neçə gün öncə də, Ukraynada hərbi əməliyyatlara qatılan Çeçenistan respublikasından olan silahlıların sosial şəbəkələrdə yayılan videoları barədə sərt fikirlər səslənmişdi. Qeyd edilmişdi ki, mülki obyektləri mühafizə etmək tapşırığı almış kadırovçular bunun əvəzinə sosial şəbəkələrdə “like” toplamaqla məşğuldurlar.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR