Hacı Əliyev:

“Azərbaycanın güləş tarixində yeganə üçqat dünya çempionu olmağım təsadüf deyil”.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan millisinin sərbəst güləşçisi Hacı Əliyev öz şəxsi instaqram hesabında yazıb.

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında 65 kq çəki dərəcəsində gümüş medal qazanan 31 yaşlı idmançı qeyd edib: “Üç dəfə dünya çempionu olmaq üçün illərimi, gəncliyimi, ömrümü vermişəm. Bu tarixi yeniləmək üçün uzun illər lazımdır. Paris-2024 Yay Olimpiya Oyunlarına qədər bu tarixi özüm də dəyişə bilərəm”.

Qeyd edək ki, Hacı Əliyev 2014-cü ildə Daşkənddə, 2015-ci ildə Las Veqasda, 2017-ci ildə isə Parisdə dünya çempionu olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR