Müharibə nəticəsində Ukraynada 431-dən çox uşaq zərər çəkib - Ukrayna Baş Prokurorluğu

Ukraynada genişmiqyaslı müharibə başlayandan indiyədək 165 uşaq ölüb, 266 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat verib. Vurğulanır ki, bu rəqəmlər yekun deyil, çünki aktiv döyüş əməliyyatları aparılan yerlərdə, müvəqqəti işğal olunmuş və azad edilmiş ərazilərdə bu siyahı bir qədər də arta bilər.

Uşaqların əksəriyyəti Kiyev vilayəti və Kiyevdə, həmçinin Donetsk, Xarkov, Çerniqov, Nikolayev, Luqansk, Zaporojye, Xerson, Sumi və Jitomir vilayətlərindəndirlər. Qeyd olunur ki, aprelin 4-də Rusiya silahlı qüvvələrinin Nikolayev şəhərini atəşə tutması nəticəsində bir uşaq həlak olub.

“Məlum olub ki, Kiyev vilayətinin Vorzel kəndinin işğalı nəticəsində hərbçiləri 14 yaşlı uşaq və qadının olduğu evlərdən birinin zirzəmisinə tüstü bombası atıblar. Nəticədə uşaq yerindəcə, anası isə iki gün sonra həmin zirzəmidə ölüb. Həmçinin rus ordusunun Kiyev vilayətinin Buça şəhərini atəşə tutması nəticəsində 6 nəfər o cümlədən 1 uşaq həlak olub”, - məlumatda deyilir. Bundan əlavə, 869 təhsil müəssisəsinin bombardman və top atəşinə tutulması nəticəsində zərər gördüyü, onlardan 83-nün tamamilə məhv edildiyi qeyd edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR