Özünü 4-cü mərtəbədən yerə atan 16 yaşlı qız öldü

Bakıda özünü 4-cü mərtəbədən yerə atan 16 yaşlı qız xəstəxanada ölüb.

Metbuat.az-a Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, açıq kəllə-beyin travması ilə ağır vəziyyətdə mərkəzin reanimasiya şöbəsinə yerləşdirilən qızın həyatını xilas etmək mümkün olmayıb: "O, xəstəxanaya yerləşdirildiyi ikinci gündə dünyasını dəyişib".

Xatırladaq ki, hadisə aprelin 1-i paytaxtın Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 52 ünvanında qeydə alınmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR