​Azərbaycanlı həkim "The Professional Family Doctor" mükafatına layiq görüldü -

Peşəkar həkim Aidə Mirzəyeva "Reputation İnc." PR və Event şirkətinin təşkilatçılığı ilə ölkəmizdə baş tutan "Global Woman Awards - 2022" tədbirində "The Professional Family Doctor" mükafatına layiq görülüb.

Aidə Mirzəyeva ölkəmizdə uğurla fəaliyyət göstərən ailə həkimidir. Uzun illər ərzində ATU-da Farmakologiya kafedrasının baş laborantı, assistenti və baş müəllimi kimi fəaliyyət göstərib. O, tibbin bütün sahələrindən xəbərdar olduğu üçün xəstəliklərdən qorunmaq və profilaktika zamanı düzgün yol göstərə bilir. Ciddi xəstəliklər yarandığı zaman isə ən uyğun həkimi tapmaqda kömək edir.

Qeyd edək ki, o, bir sıra farmakologiya üzrə dərslik, test kitabı və məqalələrin müəllifidir. Fövqaladə Hallar Nazirliyi - Dərman Təminatı Şöbəsinin keçmiş rəisi, Tibb xidməti rəis müavini və Tibb xidməti mayoru kimi fəaliyyət göstərir.

Tibb sahəsində öz sözünü deyən A. Mirzəyevanın ən böyük məqsədi və arzusu ölkəmizdə ailə həkimi anlayışını təbliğ etməkdir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR