Dünya iqtisadiyyatını gözləyən sınaq -

Dünya Bankı mart ayının sonu üçün qlobal əmtəə bazarlarında qiymətləri açıqlayıb. Rusiyanın Ukraynaya hərbi müdaxiləsi əksər məhsullar üzrə ciddi bahalaşma yaradıb. Yanvar ayı ilə müqayisədə mart ayında bahalaşan sahələr aşağıdakılardır:

1) kömür və neft orta hesabla 25-30%,

2) Təbii qaz Avropada 53%, maye qaz Yaponiyada 22%

3) Buğda 30%

4) Gübrələr orta hesabla 35-40%

5) Metallardan: nikel 50%, alüminium 17%

Dünya iqtisadiyyatı uzun müddət belə yüksək qiymətlərə tab gətirə bilməz. Yüksək istehsal xərcləri bir müddət sonra yalnız tələbin azalmasına təsir etməyəcək. Öhdəliklərin icrası üçün resurs qıtlığı, sərmayə üçün ehtuyat yatırımlarını cari istehsal xərclərinin qarşılanmasına yönəltmək məcburiyyəti biznes fəallığının ciddi şəkildə azalması riski yaradır.

İqtisadçı ekspert Rövşən Ağayev


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR