Penitensiar xidmətlə DİN birgə əməliyyat keçirib:

Ədliyyə Nazirliyi Penitensiar xidməti ilə Daxili İşlər Nazirliyinin əməkdaşlarının birgə əməliyyat keçirib.

Penitensiar Xidmətdən Metbuat.az-a verilən xəbərə görə, xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis bölməsinin əməkdaşları ilə əvvəlcədən əldə olunmuş əməliyyat məlumatına əsasən birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində aprelin 4-də Bakı şəhəri, Qaradağ rayonu, Qobu park yaşayış kompleksində yerləşən tikiliyə baxış keçirilən zaman orada olan gül qabının içərisində gizlədilmiş ümumi çəkisi 500 qram narkotik maddə - heroin aşkar edilərək götürülüb.

Araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR