Putinə vaxt qoyuldu

Putinə vaxt qoyuldu
10:41 19 Yanvar 2015
145 Dünya
Ölkə mətbuatı
A- A+

Rəsmi Kiyev Rusiyaya yanvarın 19-dək Donbasda atəşkəsi təmin etməyi təklif edib.

ANS PRESS-in məlumatına görə, bu barədə Ukranya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir. Bəyanatda Ukrayna ilə Rusiya arasında atəşkəslə bağlı ötən ilin 13 noyabrında imzalanmış işçi sənəd xatırlanır.

Qeyd edək ki, son iki ayda Donetsk aeroportu uğrunda döyüşlər mütəmadi davam edir. Bir neçə gündə isə separatçıların aeroporta hücumu intensizləşib.

Donetsk aeroportunun müdafiəsini isə Ukrayna xüsusi təyinatlılarından ibarət "kiborq" qruplaşması həyata keçirir.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR