Hərbi hissədə bir hərbçinin digərinə zor tətbiq etməsi görüntüləri araşdırılır -

"Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsində bir hərbi qulluqçunun digərinə zor tətbiq etməsini əks etdirən videogörüntülərlə bağlı Bakı Hərbi Prokurorluğunda araşdırma aparılır".

Bunu Metbuat.az-ın sorğusuna cavab olaraq Azərbaycan Hərbi prokurorunun böyük köməkçisi - Azərbaycan Hərbi Prokurorluğunun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.

"Qanunvericiliyin tələblərinə müvafiq bütün zəruri tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin ediləcəkdir", - deyə Prokurorluq rəsmisi bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR