Bakıda restoranda lift qırıldı, iki nəfər yaralandı -

Ötən gün Səbail rayonu ərazisində restoranda liftin qırılması nəticəsində 2 nəfərin ağır xəsarət aldığı restoranın adı məlum olub.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Bayıl qəsəbəsi Aydın Nəsirov küçəsində yerləşən “Mangal Steak House” restoranında baş verib.

Nəticədə liftin təmiri ilə məşğul olan 1988-ci il təvəllüdlü Məmməd Abdulsalamov və 1978-ci il təvəllüdlü Nadir Qəhrəmanov ağır xəsarətlər alıblar.

Qeyd edək ki, hər iki şəxs təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə aparılıb. Onların fəqərə, çanaq, baldır, bazu sümüklərində sınıq və çıxıqlar müəyyən edilib və ikisi də reanimasiyaya yerləşdirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR