Kibercinayətkarlar bankların adından insanlara sms göndərirlər -

Baş Prokurorluq kibercinayətkarların banklar adından insanlara sms göndərməsi ilə bağlı maarifləndirici açıqlama yayıb.

Prokurorluqdan Metbuat.az-a verilən məlumata görə, modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onları məmnun edən kompleks tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır.

Tədbirlərin davamı kimi vətəndaş məmnunluğunun təmin olunması, eləcə də mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən vətəndaşları narahat edən məsələlərlə bağlı maarifləndirici videoçarxların hazırlanaraq #maariflənək həştəqi altında ictimaiyyətə təqdim olunması qərara alınıb.

Hazırda təqdim olunan videoda kibercinayətkarların banklar adından insanlara SMS göndərməsi ilə bağlı maarifləndirici məlumat verilir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR