Putinin mediadan uzaq tutduğu qızlarını hədəfə aldılar - ABŞ yeni sanksiyaları elan edir

ABŞ adminstrasiyası Rusiya Prezidenti Vladimir Putinin qızlarına sanksiya tətbiq etmək üçün zəmin hazırlayır.

Metbuat.az xəbər verir ki, bu barədə “Wall Street Journal” nəşri məlumat yayıb. Bildirilir ki, ABŞ hökuməti Avropa Birliyinin təklifindən sonra Putinin qızları Mariya Vorontsova və Katerina Tikhanovaya qarşı sanksiya tətbiq etməsini gündəmə alıb.

Məlumata görə, sanksiyaların bu həftə açıqlanacağı gözlənilir. Qadağaların hansı formada olacağı hələlik məlum deyil.

Qeyd edək ki, Putin müxtəlif işlərlə məşğul olan ailə üzvlərini mediadan uzaq tutmağa çalışır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR