Mikayıl Cabbarov Sebastian Molineus ilə görüşdü - FOTO

Mikayıl Cabbarov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb.

Metbuat.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri şəxsi “Facebook” səhifəsində paylaşım edib.

“Dünya Bankının (World Bank) Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus və həmkarları ilə ölkəmizdəki sosial-iqtisadi inkişaf, birgə layihələrin icrası və regionda gedən proseslərin Azərbaycan iqtisadiyyatına mümkün təsirləri barədə müzakirələr apardıq”, - deyə nazir bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR