Torpağı şumlayarkən İNANILMAZ HADİSƏ ilə üzləşdi: Tayı-bərabəri yoxdur -

Türkiyənin Çorum bölgəsində fermer kotanla torpağı şumlayarkən inanılmaz tapıntı ilə üzləşib.

Metbuat.az xəbər verir ki, fermer qədim Hettlər xalqına aid qolbaq tapıb. Tapıntının bizim eradan əvvələ aid olduğu bildirilir. Qolbağı tədqiq edən tarixçilər, onun tərkibində qızıl, gümüş və bürünc maddələrinin olduğunu bildiriblər. Kotan şumlama zamanı qolbağa zərər yetirib. Onun bəzi hissələri itib. Tarixçilərin “əvəzsiz tapıntı” adlandırdığı qolbaq muzeyə təqdim edilib.

Qeyd edək ki, Hettlər xalqının bizim eradan əvvəl 15-ci əsrdə mövcud olduğu bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR