Dünya birjalarında neftin qiymətləri artıb.
Metbuat.az xəbər verir ki, bu saata olan göstəricilərə görə, Şimal dənizində hasil olunan “Brent” neftinin iyun fyuçersləri 1,23% artaraq 1 bareli 102,31 ABŞ dollarına satılıb.
Nyu-Yorkun NYMEX birjasında WTI neftinin may fyuçerslərinin qiyməti isə 1,06% artaraq 1 bareli 97,25 ABŞ dolları təşkil edib.
Mənbə: Bloomberg