Rəsmi Bakıdan İsraillə bağlı paylaşım

Azərbaycan və İsrail arasında diplomatik əlaqələrin yaradılmasından 30 il ötür.

Metbuat.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi bu münasibətlə tviter səhifəsində paylaşım edib.

“Bu gün Azərbaycan və İsrail arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Biz bu münasibətlə İsrailin hökuməti və xalqına ən xoş arzularımızı çatdırırıq. Azərbaycan və İsrail arasında əməkdaşlığının daha da inkişafını səbirsizliklə gözləyirik”, - nazirlikdən bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR