Kuba texnoloji inqilab ərəfəsində

Kuba texnoloji inqilab ərəfəsində
10:41 19 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Kubaya qarşı iqtisadi sanksiyaları ləğv etməsi rabitə və informasiya texnologiyalarının tədarükünə icazə ilə müşayiət olunur. Böyük şirkətlər bu imkandan istifadəyə hazırdırlar.
 
"ICTnews" elektron xəbər xidməti “osp.ru” saytına istinadən bildirir ki, Kubaya qarşı iqtisadi sanksiyaların ləğvi, həmçinin rabitə və informasiya texnologiyalarının tədarükünə icazə verilməsi Kubada texnologiyanın inkişafına imkan verir. Kubanın əhalisi yaxşı təhsillidir və müasir texnologiyalara giriş istəyir.
 
 
Kuba hakimiyyəti ABŞ-la ticarət etmək niyyətindədir, amma ətraf dünyaya şübhə ilə yanaşır və hər kəs internetdən istifadə hüququna malik deyil. 11 milyonluq əhalinin yalnız 5-10 faizi qlobal şəbəkəyə çıxışa malikdir. Dominikan Respublikasında da 11 milyon insan yaşayır, “IDC” analitik şirkətinin qiymətləndirməsinə görə, adıçəkilən ölkədə ildə informasiya məhsulları və xidmətlərinə təxminən milyard dollar xərclənir.
 
 
“CompTIA” assosiasiyasının direktoru Todd Tibodo hesab edir ki, Kuba ilk növbədə enerji təchizatı problemini həll etməlidir. Bundan sonra “4G/LTE” şəbəkələrinin infrastrukturunu inkişaf etdirmək lazımdır, çünki Kubada kabel şəbəkələri azdır.
 
Emil Hüseynov
 


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-34834-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR