Putindən sevgilisi olduğu iddia edilən Kabayeva barədə GÖZLƏNİLMƏZ QƏRAR -

Rusiya prezidenti Vladimir Putinin sevgilisi olduğu iddia edilən Alina Kabayevanın adı və barəsindəki məlumatlar rəhbəri olduğu “National Media Group” şirkətinin səhifəsindən silinib.

Metbuat.az “dailymail”ə istinadən xəbər verir ki, Putin Kabayevanı sanksiyalardan yayındırmaq üçün belə həmlə edib. Məlumata görə, Kremlin siyasətini təbliğ etməklə məşğul olan media qurumunun səhifələrində Kabayeva barədə heç bir məlumat yoxdur.

Bildirilir ki, Putinin iki qızının Qərbin sanksiyalarına məruz qalması Kreml rəhbərini belə həmlə etməyə məcbur edib.

Qeyd edək ki, 38 yaşlı Kabayeva gimnastika üzrə 2 qat Olimpiya çempionu, 14 qat dünya çempionudur. O, 2014-cü ildən bəri “National Media Group” şirkətinin rəhbəridir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR