Bakıda şirkət sahibinin qalstukla asılmış meyiti

Salyan rayon sakininin Bakıda yaşadığı mənzildə meyiti aşkarlanıb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, meyiti tapılan şəxsin 35 yaşlı Vüsal Məlikov olduğu müəyyənləşib.

Məlikov Vüsal Afət oğlu Bakı şəhəri, Xətai rayonunda yaşayırmış. Hadisə elə onun yaşadığı mənzildə qeydə alınıb. Belə ki, mərhumun həyat yoldaşı anasının evində olan zaman ona zəng edib. Lakin V. Məlikov telefona cavab vermədiyindən o, evə qayıdıb. Bu zaman V. Məlikovun öz mənzillərinin qapısından qalstuk ilə asılmış meyitini aşkar edib.

Hadisənin intihar olub-olmadığı hələ dəqiq deyil.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR