Bu ərazidə su kəsilib

Bakı şəhəri Neftçilər prospektindən keçən su xəttində baş vermiş qəza ilə əlaqədar 08 aprel 2022-ci il tarixində Səbail rayonunun mərkəzi hissəsinə içməli suyun verilməsində məhdudiyyət yaranıb.

Bu barədə Metbuat.az-a “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

“Hazırda qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir”, - məlumatda deyilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR