Rusiyanın Ukraynanın Donetsk vilayətinin Kramatorsk dəmiryolu vağzalını raket atəşinə tutub.
Metbuat.az UNIAN-a istinadən xəbər verir ki, nəticədə 30-dan çox sakin ölüb, 100-dən çox insan yaralanıb.
Sakinlər təxliyə olunan zaman raket həmin əraziyə düşüb.
Donetsk vilayəti hərbi administrasiyasının başçısı Pavel Kirilenko bildirib ki, vağzala “İsgəndər” atılıb.