"Rusiya həddini aşır" - Ordumuzla bacara bilmədikləri üçün... /

“Rusiya artıq bütün hədləri aşır”.

Metbuat.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Kramatorsk dəmiryolu vağzalının bombalanmasından danışarkən belə deyib. O bildirib ki, Rusiya döyüş meydanında Ukrayna ordusuna gücü çatmadığı üçün mülki hədəfləri bombalayır.

“İşğalçılar minlərlə ukraynalının təxliyə üçün toplaşdığı Kramatorsk dəmiryolu vağzalını “Toçka-U” raketi ilə vurublar. Təxminən 30 nəfər həlak olub, 100-ə yaxın insan yaralanıb” - deyə Zelenski bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR