Azərbaycanda oyun zamanı futbolçular arasında dava düşüb

AFFA İntizam Komitəsi Azərbaycan I Divizionunda XIX turun MOİK – “Sabah-2” matçında dalaşan futbolçuları cəzalandırıb.

Metbuat.az xəbər verir ki, bunlar “Sabah-2”nin oyunçusu Mixeil Erqemlidze və MOİK-in üzvü Ruslan Voronsovdur.

Hər iki şəxs təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyunluq diskvalifikasiyaya məruz qalıb. Onların klubları isə hərəyə160 manat cərimələnib.

Bundan başqa, MOİK-ə 4 futbolçusunun sarı vərəqə alması səbəbindən 80 manat cərimə kəsilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR