Hakimi döyən mütəxəssisə sərt cəza

AFFA İntizam Komitəsi U-15 liqasında çıxış edən EFA komandasının baş məşqçisi Vüsal Mustafayevi 1 il 6 ay müddətinə futbolla əlaqədar hər hansı fəalliyətlə məşğul olmaq hüququndan məhrum edib.

Metbuat.az xəbər verir ki, buna mütəxəssisin "Keşlə" (hazırkı "Şamaxı) ilə görüşdəki davranışları səbəb olub.

Mustafayev hakimə etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Baş məşqçi daha sonra dəhlizdə olan zaman hakimləri təhqir edib və fiziki təzyiq göstərib. O, həmçinin valideynləri referilərə qarşı ədavətə və qəddarlığa da vadar edib.

Qarşılaşma yarımçıq dayandırıldığı üçün EFA-ya texniki məğlubiyyət verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR