Əlahiddə Ümumqoşun Orduda avtomobil texnikalarına baxış-müsabiqəsi keçirilib

Müsabiqə zamanı istismarda olan hər növdə avtomobil texnikalarına gündəlik texniki xidmətin göstərilməsi ardıcıllığı yoxlanılıb.

Bu barədə Metbuat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müsabiqəyə müxtəlif markalı və təyinatlı minik avtomobilləri, mikroavtobus və avtobuslarla yanaşı, səhra şəraitində əsgərlərin yemək və su tələbatını ödəmək üçün təyin edilmiş arxa təminatı avtomobil texnika və qurğuları, səyyar soyuducular, səyyar tipli çörək zavodları, su çənləri və səhra mətbəxləri də cəlb edilib.

Ən yaxşı nəticəni göstərən hərbi hissələr baxış-müsabiqəsinin sonunda keçici nişanla mükafatlandırılıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR