UEFA-dan klublar üçün 240 milyon avro

UEFA klublara futbolçularının Avro-2024 və digər yarışlarda iştirakı üçün 240 milyon avro ayıracaq.

Metbuat.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb. Bildirilib ki, UEFA bu məbləği oyunçuların Avropa çempionatının seçmə və final mərhələsində, həmçinin Millətlər Liqasının növbəti iki ildə çıxışı üçün klublar arasında bölüşdürəcək.

2020/21 və 2022/23 Millətlər Liqası, həmçinin Avro-2024-ün seçmə mərhələsində futbolçuların iştirakı üçün klublara 100 milyon avro ödəniləcək. Bu, son dörd illik dövrədə olduğundan 30 milyon avro çoxdur.

Futbolçuların Avro-2024-ün final turnirində iştirakının məbləği isə 130 milyon avrodan 140 milyon avroya qaldırılacaq.

Qeyd edək ki, Avro-2020-dən sonra UEFA 55 üzv assosiasiyanın 697 klubuna 200 milyon avro ödəyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR