Avropa Komissiyasının prezidenti:

Ukraynada səfərdə olan Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Kiyev vilayətinin Buça şəhərində olublar.

Metbuat.az xəbər verir ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Buçadaki görüntülərdən dəhşətə gəldiyini qeyd edib:

"İnsanlığımız Buçada darmadağın edilib. Biz Putinin qəddar üzünü gördük. Ukrayna xalqına mesajım var: Bu vəhşiliyə görə məsuliyyət daşıyanlar ədalət qarşısında cavab verəcəklər. Sizin mübarizəniz bizim mübarizəmizdir. Bu gün bunu sizə demək üçün Kiyevdəyəm. Avropa sizinlədir”, - deyə o qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR