Səudiyyə Ərəbistanı Həcc kvotasını artırıb

Səudiyyə Ərəbistanı hər il Həcc ziyarəti üçün icazə verilən zəvvarların sayını krallıq vətəndaşları və əcnəbilər də daxil olmaqla 1 milyon nəfərə çatdırıb.

Metbuat.az xəbər verir ki, bu barədə Həcc və Ümrə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, həcc və umrə ziyarətinə yaşı 65-dən aşağı olan şəxslərin gəlməsinə icazə veriləcək. Zəvvarlar gəldikdən sonra PCR testinin mənfi nəticəsini də təqdim etməli olacaqlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR