Novxanıda evdən 10 min manat pul və tüfəng oğurlanıb

Abşeronda evdən oğurluq edilib.

DİN-in mətbuat xidmətindən Metbuat.az-a verilən xəbərə görə, Rayon Polis İdarəsinə Novxanı kəndi ərazisindəki evlərin birindən 10.000 manat pul, sənəd olan seyf və 1 ədəd “Winchester” markalı ov tüfənginin oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş C.Əhmədov müəyyən edilərək saxlanılıb, digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR