İstirahət gününün hava proqnozu

Aprelin 10-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 9-12° isti, gündüz 16-20° isti olacaq. Bakıda gecə 9-11° isti, gündüz 18-20° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında isə əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə dumanolacaq, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13° isti, gündüz 20-25° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacaq


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR