Çində yoluxma ARTIR:

Şanxay Çində epidemiyanın episentri olaraq qalır.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin Dövlət Səhiyyə Komitəsindən bildirilib.

Şanxayda ötən gün 1015 nəfərin koronavirusla kəskin formada xəstələnməsi və 22 609 asemptomatik yoluxma halı qeydə alınıb. Şəhərdə ciddi karantin tədbirləri tətbiq edilib və virusun yayılmasının qarşısını almaq üçün ölkənin digər bölgələrindən əlavə tibb işçiləri, o cümlədən hərbi tibb işçiləri ora göndərilib.

Ümumilikdə, ötən gün ölkədə 1350 nəfərin koronavirusla kəskin formada xəstələnməsi qeydə alınıb və Çində ayrıca qeydə alınan 23 815 asemptomatik yoluxma halı müəyyən edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR