Tərtərdə 46 yaşlı şəxs minaya düşüb

Baş Prokurorluq Tərtərdə mina partlayışı barədə məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Metbuat.az-a verilən xəbərə görə, Tərtər rayonunun Həsənqaya kəndi ərazisində kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan 1976-cı il təvəllüdlü Həsənov Elnur Tofiq oğlu piyada əleyhinə mina partlaması nəticəsində ağır dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Tərtər rayon Prokurorluğunda araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR