Bu dəfə Gəncədə 16 yaşlı qız ana oldu -

Daxili İşlər Nazirliyi (DİN) Gəncədə 16 yaşlı qızın ana olması faktına münasibət bildirib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov bildirib ki, qeyd edilən faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, şəhər sakini S.Abbasova (ad-soyad şərtidir) Gəncə şəhər Abbas Səhhət adına xəstəxanada uşaq dünyaya gətirib.

Araşdırmalar zamanı onun 2020-ci ildə 14 yaşı olan zamanı ailə həyatı qurması məlum olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR