“Fənərbağça” “Qalatasaray”a qalib gəlib

Futbol üzrə Türkiyə Super Liqasında İstanbul derbisi baş tutub.

Metbuat.az xəbər verir ki, XXXII tura təsadüf edən prinsipial oyunda “Fənərbağça” öz meydanında “Qalatasaray”la qarşılaşıb.

Oyun “sarı-lacivərdlilər”in 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbədən sonra xallarını 59-a çatdıran “Fənərbağça” 2-ci pilləyə yüksəlib. “Qalatasaray” isə 41 xalla 14-cü pilləyə geriləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR