Azərbaycanda ilkə imza atan Marcina Jumati mükafata layiq görüldü -

Qadın sağlamlığı və ailə münasibətləri üzrə mütəxəssis Marcina Jumati "Reputation İnc." PR və Event şirkətinin təşkilatçılığı ilə ölkəmizdə baş tutan "Global Woman Awards - 2022" tədbirində "The Professional Holistic Coach" mükafatına layiq görülüb.

M. Jumati Azərbaycanda qadınların sağlamlığının problemlərini işıqlandıran və müəllifin metodologiyasına uyğun olaraq məşqlər toplusunun köməyi ilə təbii yolla həll edən ilk və yeganə mütəxəssisdir.

M. Jumati Beynəlxalq Vumbuilding Federasiyasında və Moskva Seksologiya İnstitutunda təhsil alıb. Access bars təlimçisi, səsli Tibet kasası ilə şəfalanma meditatoru və instaqram bloqeridir. Tez-tez televiziya proqramlarında çıxış edən və sosial mediada aktiv olan mütəxəssis dəyərli bilik və məsləhətlərini orada izləyiciləri ilə bölüşür.

Böyük rəğbətlə qarşılanan psixofiziki sağlamlıq üzrə mütəxəssis M. Jumati kütləvi seminar və təlimlərə qatılaraq hər zaman biliklərini artırır və yenilikləri öz sahəsində uğurla tətbiq edir. Bu günə qədər 10 minə yaxın məmnun qalan xanım onun marafonlarını keçib və fərdi seanslarda şəxsi problemlərinə həll tapıblar.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR