Jirinovski partiya üzvlərini soyundurub suya saldı - VİDEO

Jirinovski partiya üzvlərini soyundurub suya saldı - VİDEO
10:42 19 Yanvar 2015
76 Dünya
Ölkə mətbuatı
A- A+

Pravoslavlar baptis gününü qeyd etdilər
Bazar günü bütün dünya pravoslavları baptis (xaç suyuna salınma) gününü qeyd ediblər.

Anspress-in məlumatına görə, dini bayramın ənənəsinə görə insanlar soyunub soyuq suya girməlidirlər.

Moskvada keçirilən belə tədbirlərin birində qalmaqalları ilə məşhur Rusiyanın Liberal partiyasının lideri Vladimir Jirinovski də iştirak edib.

“Bu elə bir hissdir ki, heç harada yoxdur. Qışda soyuq suyun içinə girmək... dondurma hamı yeyir, bu problem deyil. Bax amma soyunub tam (suya) girmək - bu, möhtəşəmdir”, - deyə Jirinovski bildirib.

Jirinovski özü suya girməsə də partiyasının üzvlərini "LDPR" (Rusiya Liberal Demokrat Partiyası) loqolu köynəklə suya salmağa nail olub.

Qeyd edək ki, bayram 30 yaşında İsa məsihin Qalileydən İordan çayına gələrək İohan Predteçi tərəfindən xaç suyuna salınması rəvayətinə əsaslanır. Bundan sonra həzrəti İsaya seçilmişlərdən olduğu xəbəri və peyğəmbərlik verilir.

İnsanlar bu dini ayini hər il eləyərək günahlarını yuduqlarını düşünürlər və bu da onlara Allaha yaxınlaşmada yeni səhifə açır, stimul verir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/319723.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR