Zelenski NATO-nun üstündən bu sözlərlə xətt çəkdi:

“Rusiyanın işğalının sona çatdırılması üçün NATO-nun yürütdüyü siyasət artıq məni maraqlandırmır”.

Metbuat.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski belə açıqlama verib. Zelenski bildirib ki, Ukraynada dağıntılara səbəb olan diplomatiya ona maraqlı deyil.

“Diplomatik səylər artıq nəticə vermir. Bütün bunlar bürokratiyadır” - deyə Zelenski bildirib.

Qeyd edək ki, Zelenski Ukrayna hava məkanını bağlamaqdan imtina edən NATO-nun ünvanına sərt ifadələr səsləndirmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR