Quba Rüstəmova Azərbaycanın peşəkar dermatoloqu seçildi -

Azərbaycanın tanınmış həkim-dermatoloqu, Beynəlxalq Dermatoloqlar və Beynəlxalq Dermoskopiya Cəmiyyətinin, Azərbaycan Dermatovenerologiya və Amerika Dermatologiya Akademiyasının üzvü Quba Rüstəmova uğurlu fəaliyyəti ilə daim diqqət mərkəzindədir.

Xarici ölkələrdə təşkil edilən kurs və konfranslarda iştirak edən Quba Rüstəmova dəyərli biliklərini daima artırır və sahəsində uğurla tətbiq edir.

"Dermatologiya sahəsi son illər ərzində sürətlə inkişaf edir. İnkişafa isə ayaq uydurmaq lazımdır. Bunun üçün də mütəmadi olaraq yeni biliklər öyrənmək və inkişaf etmək şərtdir. Pasiyentlər də ayıq olmalıdırlar. Dəridə hər hansı bir törəmə (xallar və\s) yaranarsa və bu pasiyenti narahat edərsə mütləq şəkildə dermatoskopik müayinə edilməlidir. Bəzən adi gözlə baxdığımız zaman dəridəki törəmələr gözümüzdən qaça bilir. Bir daha qeyd edirəm ki, belə hallarda mütləq şəkildə dermatoskopik müayinə edilməlidir", - deyə o vurğulayıb.

Quba Rüstəmova bildiriib ki, dermatologiya sahəsində çalışan həkimlər pasiyentlərin həm də psixoloqu da olmalıdırlar. Çünki dəri xəstlərikləri insanlara psixolojı olaraq da mənfi təsir edir və onlar müalicə almağa və ya müalicəni davam etdirməyə çəkinirlər.

Qeyd edək ki, uğurlu fəaliyyətinə görə həkim-dermatoloq Quba Rüstəmova "Reputation İnc." PR və Event şirkətinin təşkilatçılığı ilə "Four Seasons Baku" hotelində baş tutan "Global Woman Awards - 2022" tədbirində uğurlu fəaliyyətinə görə "The Professional Dermatovenerologist" mükafatına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR